Klub prezidenti AFFA-ya təşəkkür etdi: “Ədalətli qərar verdilər”

28 Fevral 2023 18:00 Region Liqası 791
Klub prezidenti AFFA-ya təşəkkür etdi: “Ədalətli qərar verdilər”

Apellyasiya Arbitraj Tribunalının növbəti toplantısı keçirilib.

“Difai” FK tərəfindən verilən apellyasiya şikayəti təmin edilib.

İntizam Komitəsi tərəfindən Region Liqasının “B” yarımqrupunda yarışan “Difai” barəsində verilmiş 0:3 hesablı texniki məğlubiyyət cəzası ləğv olunub.

Belə ki, “İrəvan”la matçda (0:8) Qarabağ qazilərinin heyətində hakimi təhqirə görə 4 oyunluq cəza almış Gülalı Mehrəliyev meydana çıxıb.

Tribunal hadisəni araşdırıb və anlaşılmazlığı ortaya çıxarıb və mıum olub ki, klubun bu məsələdə heç bir yanlışı yoxdur.

“Difai”nin prezidenti Asəf Məlikov Sportinfo.az-a açıqlamasında AFFA-nın son qərarını alqışlayıb:

“Apellyasiya Arbitraj Tribunalının qərarı AFFA Region Liqası Əsasnaməsinin və FİFA qaydalarının tələbləri nəzərə alınaraq verilib.

Tribunalın üzvlərinə öz təşəkkürümüzü bildiririk. Hakimliklə bağlı müəyyən etiraz və narazılıqlarımız olsa da, qurulmuş sistem yanlış qərarların aradan qaldırılmasında önəmli rol oynayır.

Apellyasiya Arbitraj Tribunalında futbol ilə sıx əlaqəsi olan, uzun illər bu sahədə işləmiş insanların olması qərəzsiz və düzgün qərarlar qəbul edilməsində öz əksini tapır.

Bir daha klubumuz adından AFFA Apellyasiya Arbitraj Tribunalının üzvlərinə öz təşəkkürümüzü bildiririk.

“Difai” yeni yaransa da, planlarımız böyükdür. Hədəfimiz çempionluq, Azərbaycanı beynəlxalq arenada yüksək səviyyədə təmsil etməyə hazırlaşmaq, I Diviziona vəsiqə qazanmaq və gələcəkdə Premyer Liqada iştirakdır.

Əfsuslar olsun ki, bəzi klubların rəhbər və məşqçiləri normal komanda qurmaq, məşq prossesinin təşkili, oyunlar və oyunçuların nizam-intizam məsələlərinin üzərində çalışmaqdansa, müxtəlif yollara əl atırlar.

Düşünürəm ki, söyüşlə danışan məşqçilər barəsində oyunların təşkilat komitəsi tədbir görməlidir.

Əgər biz bu gün gəncləri ətrafımıza yığmışıqsa, onları idmana cəlb etməklə sağlam həyatın təbliğatıyla yanaşı, təlim-tərbiyə işi ilə də məşğul olmalıyıq.

Klubumuz professionallıq istiqamətində addımlar atır. Bu səbəbdən klubun nəzdində intizam komissiyası yaradılıb.

Hakimlərlə mübahisə edən, ciddi qayda pozuntularına yol verən, sarı və qırmızı kart alacaq oyunçulara qarşı klub tərəfindən tədbirlər görüləcək”.

Digər Xəbərlər
Xəbər Lenti