Region Liqasının qalibi “Cəbrayıl” avrokubok hazırlığını Şamaxıda keçəcək.
AFFA-dan bununla bağlı son çempiona icazə verilib.
Belə ki, bir müddət öncə klubun prezidenti Cavid Hüseynov UEFA Region Kuboku öncəsi təlim-məşq toplanışı keçmək üçün AFFA-nın baş katibi Sərxan Hacıyevə müraciət etmişdi.
Məsələ qurumun divarları arasında müzakirə olunandan sonra Cəbrayıl təmsilçisi xoş xəbər alıb.
Komanda iyunun 12-də Şamaxıya yollanıb Olimpiya Komleksində məskunlaşacaq. Məşqlərini isə Şamaxı şəhər stadionunda edəcək.
İyunun 24-də isə Şamaxıda Belarus komandası ilə oyun baş tutacaq.
Maraq üçün xatırladaq ki, “Cəbrayıl” beynəlxalq yarışa tam yenilənmiş komanda ilə qatılacaq. Buna səbəb UEFA Region Kubokunun qaydalarının vaxtilə peşəkar futbolla məşğul olmuş peşəkar futbolçulara turnirdə iştirak icazəsi verməməsidir.
HƏBİB / SPORTİNFO.AZ