“Uşaqlara yaxşı mükafat paylanacaq” – “Cəbrayıl”lılara veriləcək MƏBLƏĞ

27 May 2022 22:40 Region Liqası 1 432
“Uşaqlara yaxşı mükafat paylanacaq” – “Cəbrayıl”lılara veriləcək MƏBLƏĞ

“Mövsümboyu hər qələbəyə görə mükafat nəzərdə tutulmuşdu.

“Xan Lənkəran”dakı qədər olmasa da, digər komandalardan heç də aşağı məbləğ verməmişik.

Üstəlik, həftədə 3 dəfə məşq və oyun üçün maaş da verilirdi”.

“Cəbrayıl”ın prezidenti və baş məşqçisi Cavid Hüseynov Sportinfo.az-a açıqlamasında Region Liqasının qalibi olan komandasının başa çatan mövsümlə bağlı maliyyə durumundan danışıb.

Çempionatdakı qələbələrə görə mükafatları başa düşdük. Bəs, kuboku başı üzərinə qaldıran futbolçular titula görə nə qədər qazanacaq? Klub rəhbərliyi kollektiv üçün hansı məbləği nəzərdə tutub?

Hüseynov konkret məbləğ açıqlamasa da, futbolçuları sevindirəcək xəbəri bizimlə bölüşdü:

“Çempionluğun mükafatı mütləq olacaq. Başqa cür ola bilməz! Klubun direktoru Şahin Məmmədov sağ olsun, lazım olan dəstəyi verib və verir. Həm də öz cibindən.

Kuboku qazandığımıza görə AFFA-dan mükafat məbləği ayrılıb. Rəhbərlik həmin məbləğin üstünə əlavə etməklə uşaqlara yaxşı mükafat paylanacaq. Məbləği mən bilirəm, amma mətbuata açıqlamaq istəmirəm (gülür)”.

Region Liqasını təşkil edən AFFA yarışın qalibinə 10 min manat mükafat nəzərdə tutub. Əldə etdiyimiz bilgiyə görə, “Cəbrayıl” rəhbərliyi də komandaya əlavə 10 min manat mükafat paylayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti