“Xan Lənkəran”ın prezidenti: “Bir də Region Liqasında çıxış etməyəcəyik”

24 May 2022 19:40 Region Liqası 1 471
“Xan Lənkəran”ın prezidenti: “Bir də Region Liqasında çıxış etməyəcəyik”

“Xan Lənkəran”ın prezidenti Pərviz Hüseynov AFFA-ya mesaj verib.

O, ötən ilin yayında yaratdığı klubun bir daha Region Liqasında çıxış etməyəcə yini açıqlayıb.

Çempionatın gümüş medalını qazanan cənub təmsilçisinin sahibi sosial şəbəkə vasitəsilə federasiyaya öz sözünü çatdırıb:

“Çünki biz bir sezona 620 min manat xərcləmişik. Bu pulu bir də bu liqaya xərcləməyə maraqlı deyilik.

"Araşdırdım, "Mingəçevir"in I Diviziona gəlməyinə "Energetik" varislik edib, bizə də "Qobustan" varislik edir. Buraxın Diviziona, vəssalam!".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti