İcra Hakimiyyəti və iş adamları bu komandaya PUL AYIRDI

21 May 2022 22:20 Region Liqası 1 314
İcra Hakimiyyəti və iş adamları bu komandaya PUL AYIRDI

Dünən Region Liqasında 2021/22 mövsümünün qalibi müəyyənləşib.

Final oyununda “Xan Lənkəran”a 1:0 hesabı ilə qalib gələn “Cəbrayıl” çempion olub.

Şamaxı şəhər stadionundakı matçda yeganə qolu 79-cu dəqiqədə Tapdıq Əhmədov vurub. Görüşün əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Lənkəran təmsilçisinin futbolçusu Aqşin Paşazadə penaltidən yararlana bilməyib.

Daha öncə “Cəbrayıl”la finala məhz “Araz Naxçıvan” vəsiqə qazanmışdı.

Lakin yarımfinal mərhələsi çərçivəsində mayın 15-də keçirilmiş “Xan Lənkəran” – “Araz Naxçıvan” oyununda ikincilərin heyətində peşəkar müqaviləsi olan futbolçular aşkarlandığı üçün Naxçıvan komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Məhz bu üzdən final oyununda “Cəbrayıl” və “Xan Lənkəran” komandaları qarşılaşıb.

Beləcə, Cavid Hüseynovun baş məşqçi olduğu “Cəbrayıl” 2022/23 mövsümündə Azərbaycanı UEFA Region Kubokunda təmsil etmək hüququ qazanıb.

Cəbrayıl rayon İcra Hakimiyyəti (İH) eyniadlı komandaya 10 min manat mükafat ayırıb. Yerli İH-ə bu işdə cəbrayıllı iş adamları da dəstək göstərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti