"Xan Lənkəran"dan: "Favoritlər hər zaman qələbə qazanmır"

21 May 2022 09:20 Region Liqası 864
"Xan Lənkəran"dan: "Favoritlər hər zaman qələbə qazanmır"

"Azarkeşlərin də böyük dəstəyi ilə finala yaraşan qarşılaşma oldu".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Xan Lənkəran"ın baş məşqçisi İbrahim Uzuncaya aiddir.

Region Liqasının finalında "Cəbrayıl"a 0:1 hesabıyla uduzan cənub təmsilçisinin türkiyəli çalışdırıcısı meydanda yüksək səviyyəli oyun getdiyini vurğulayıb:

"Ümumi götürsək, üstünlük bizdə idi. Rəqibi təbrik edirəm. Amma epizodları dəyərləndirə bilsəydik, hər şey fərqli ola bilərdi.

Son dəqiqələrdə penaltini qola çevirə bilmədik. Bu isə onu göstərir ki, favoritlər hər zaman qələbə qazanmır".

Digər Xəbərlər
Xəbər Lenti