Bu rayon klubu da Azərbaycanı avrokuboklarda təmsil edəcək - FOTOREPORTAJ

21 May 2022 01:20 Region Liqası 1 214
Bu rayon klubu da Azərbaycanı avrokuboklarda təmsil edəcək - FOTOREPORTAJ

Region Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, final oyununda "Xan Lənkəran"a 1:0 hesabı ilə qalib gələn "Cəbrayıl" çempion olub.

Şamaxı şəhər stadionundakı matçda yeganə qolu 79-cu dəqiqədə Tapdıq Əhmədov vurub. Görüşün əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Lənkəran təmsilçisinin futbolçusu Aqşin Paşazadə penaltidən yararlana bilməyib.

Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Əvvəlcə final oyununun hakimlərinə diplom və xatirə hədiyyələri verilib.

“Cəbrayıl”dan Tapdıq Əhmədov mövsümün ən yaxşı oyunçusu kimi mükafatlandırılıb. Daha sonra müvafiq olaraq, “Araz-Naxçıvan”, “Xan Lənkəran” və çempion “Cəbrayıl”a medallar təqdim olunub.

Mükafatları AFFA-nın baş katibi Sərxan Hacıyev, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov təqdim ediblər.

Cavid Hüseynovun baş məşqçi olduğu kollektiv 2022/2023 mövsümündə Azərbaycanı UEFA Region Kubokunda təmsil edəcək.

3-cü yer uğrunda keçirilmiş matçda isə "Araz-Naxçıvan" "Qusar"ı 2:1 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"