"Xan Lənkəran" finalda "Cəbrayıl"a uduzdu - VİDEO

20 May 2022 17:55 Region Liqası 3 928
"Xan Lənkəran" finalda "Cəbrayıl"a uduzdu - VİDEO

Bu gün Region Liqasında mövsümə yekun vurulub.

Hər iki matç Şamaxı stadionunda təşkil olunub.

Öncə üçüncü yer uğrunda görüşdə “Araz-Naxçıvan”la “Qusar” üz-üzə gəlib. Muxtar Respublika təmsilçisi şimal komandasına 2:1 hesabıyla qalib gəlib.

Finalda isə "Xan Lənkəran" və "Cəbrayıl" qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunda yeganə qol 80-ci dəqiqədə vurulub.

Ikincilərin heyətində Tapdıq Əhmədov fərqlənib. Cənub klubu 90+3-cü dəqiqədə status-kvonu bərpa eləmək şansı yaxalayıb.

Gəl ki, Aqşin Paşayev penalti zərbəsini boşa verib. Beləcə, Cavid Hüseynovun çalışdırdığı komanda debüt mövsümünü keçirdiyi çempionatın qalibi adını qazanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol