Prezident finaldan öncə mesaj göndərdi: “Xahiş edirəm...”

20 May 2022 14:00 Region Liqası 1 338
Prezident finaldan öncə mesaj göndərdi: “Xahiş edirəm...”

Bu gün Şamaxıda baş tutacaq Region Liqasının finalından öncə baş qaldıran narahatlıq anlaşılandır.

Cümə günü bölgə stadionunda “Cəbrayıl”la “Xan Lənkəran” arasında baş tutacaq həlledici matçda tribunalarda xeyli sayda azarkeş yer alacaq.

Prinsipial oyunda “ağ-yaşıllar”ı dəstəkləmək üçün 6 avtobus fanat və şəxsi avtomobillərlə xeyli sayda azarkeş Şamaxı şəhər stadionundakı yerini bərkidəcək.

“Cəbrayıl”ı ruhlandırmağa gələnlərin sayı da 200-dən çox olacaq ki, az olmayacaq.

Komanda Premyer Liqada qaldı, stadionda aləm qarışdı - FOTOLAR

Adətən, bu cür oyunlar zamanı azarkeşlər arasında münaqişə baş qaldırır. Xüsusən də hakimlərin yanlış qərarları tribunaları sirayət edir. Bəzən isə birinin şüarı və ya atmacası digərinə xoş gəlmir.

Mümkün münaqişəni nəzərə alan “Cəbrayıl”ın prezidenti Cavid Hüseynov Sportinfo.az-a açıqlamasında hər iki komandanın azarkeşlərinə səslənməyi vacib bilib:

“Futbola gözəllik qatan məqam azarkeşlərin komandalarına verdiyi dəstəkdir. 90 dəqiqə ərzində tribunalarda yaşanan çılğınlıq, müxtəlif şüarlar, rəqibə psixoloji təzyiq – bunlar çox gözəldir.

Amma münaqişə heç bir halda bizə və ölkə futboluna baş ucalığı gətirmir. İstənilən insident futbolumuza ləkə yaxır.

Komanda Premyer Liqada qaldı, stadionda aləm qarışdı - FOTOLAR

Hamımız azərbaycanlıyıq, qardaşıq. Bu məqamı futbol zamanı unutmamalıyıq. Hər nə qədər idman prinsipiallığı və gərginlik olsa belə, münaqişədən uzaq durmalıyıq.

Şəxsən nə qədər lənkəranlı dostlarım var. Mesaj yazıb, zəng edirlər ki, sizinlə finala gəlirik, udacağıq-filan, deyirəm, gəlin, xoş gəlirsiniz.

Bu gün futbol üçün çalışırıq, futbolun inkişafı da ölkəmizin adı üçün önəmlidir. Həm cəbrayıllı, həm də lənkəranlı azarkeşlərdən təmkinli olmağı, münaqişədən qaçmağı xahiş edirəm.

Bu barədə fan-klubumuzun rəhbərləri də söhbətimiz olub. İnşallah, həm “Cəbrayıl”ın, həm də “Xan Lənkəran”ın adına final izləyərik”.

Mayın 20-də “Cəbrayıl”la “Xan Lənkəran” arasındakı final görüşü saat 16:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti