Tanınmış menecerdən "Xan Lənkəran"la oyunöncəsi DƏSTƏK PAYLAŞIMI - FOTO

20 May 2022 09:00 Region Liqası 1 293
Tanınmış menecerdən "Xan Lənkəran"la oyunöncəsi DƏSTƏK PAYLAŞIMI - FOTO

Bu gün Region Liqasında final oyunu baş tutacaq.

Şamaxıda oynanacaq həlledici matçda "Cəbrayıl" və "Xan Lənkəran" üz-üzə gələcək.

Maraqla gözlənilən matçın start fiti saat 16:00-da veriləcək. Oyun ətrafında ajotaj pikk həddədir. Tərəflərin çox sayda tərəfdarının Şamaxıya axın edəcəyi gözlənilir.

Belə gündə məşhur simalar da doğma yurdlarının təmsilçisinə oyunöncəsi mənəvi dəstəyini nümayiş etdirməyə çalışır.

Onların arasında əslən Cəbrayıldan olan tanınmış futbol meneceri Səbuhi Səfiyarlı da var.

Səbuhi bəy öz sosial şəbəkə hesabından matç günü dəstək paylaşımı etməyi unutmayıb.

O, final öncəsi haqqında bəhs etdiyimiz postunda "Bu gün Region Liqasının final oyunudur. Həm "Cəbrayıl"a, həm də "Xan Lənkəran"a gözəl futbol arzulayıram.

Amma "Cəbrayıl" FC-nı və Cavidi qalib görmək istəyirəm. Cavid Huseynov, 2019-dakı şəkli təkrarlaya biləcəyik?" deyə yazdığı fikirlərlər həm sevimli "Cəbrayıl" komandasına, həm də onun prezidenti və baş məşqçisi Cavid Hüseynova "Xan Lənkəran" önündə uğurlar arzulayıb.

Maraq üçün bildirək ki, Səfiyarlı və Hüseynov uzun illər "Qəbələ" komandasında birgə çalışıblar. Biri klubun baş meneceri, digəri isə kapitanı kimi. Həmyerli olan ikili 2019-cu il "qırmızı-qaralar"la Azərbaycan kubokunu başları üzərinə qaldırıblar.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti