Lənkəranlı azarkeşləri bunu bilsin: "Bütün riskləri göz önünə almışıq"

19 May 2022 16:40 Region Liqası 1 237
Lənkəranlı azarkeşləri bunu bilsin: "Bütün riskləri göz önünə almışıq"

“Araz Naxçıvan”la “Xan Lənkəran”ın oyununda sonra məlum məsələ ilə bağlı söz-söhbət gedirdi.

Lakin qərar bir qədər gec, finala 2 gün qalmış verildi”.

Mayın 20-də Region Liqasının final oyunu çərçivəsində “Xan Lənkəran”la qarşılaşacaq “Cəbrayıl”ın rəhbəri və baş məşqçisi Cavid Hüseynov Sportinfo.az-a açıqlamasında Naxçıvan təmsilçisinə texniki məğlubiyyət verilməsi haqda danışıb.

Heç şübhəsiz, cəbrayıllılar mayın 15-dən sonra “Araz Naxçıvan”la görüşə hazırlaşırdı. Yəni məşq prosesi və təhlillər rəqibin çıxışına əsasən qurulmuşdu.

AFFA İntizam Komitəsinin mayın 18-də, yəni finala 2 gün qalmış verdiyi qərar heç şübhəsiz “Cəbrayıl”ın planlarına öz təsirini göstərdi.

Hüseynov qərarın necə olmasına baxmayaraq, meydana çıxıb qələbə üçün mübarizə aparacaqlarını deyib:

“Bu barədə əvvəldən eşitmişdik. Bilirdik ki, “Araz Naxçıvan”ın heyətində peşəkar müqaviləsi olan futbolçular oynayıb və bununla bağlı AFFA-ya müraciət olunub.

Sadəcə, qərar müraciətdən 2 gün sonra verildi. Təbii ki, finalda “Araz Naxçıvan”la matça hazırlaşırdıq. Çünki texniki məğlubiyyət məsələsi sual altındaydı.

Açığı, qərara təəccüblənmədim. Dərhal komanda üzvləri ilə söhbətdə “Xan Lənkəran” haqda danışıb, hazırıqlarımızı bu rəqib üzərində qurduq.

Hər ikisi güclü rəqibdir. Vacib olan öz oyunumuzu göstərməkdir”.

Azərbaycan millisinin sabiq yarımmüdafəçisi meydana qələbə üçün çıxacaqlarını bildirib, hər vəziyyətə hazır olduqlarını söyləyib:

“Açıq danışaq, bu gün şanslar 50-nin 50-yədir. Oyun günü hansı komanda yaxşı oynayacaqsa və psixoloji cəhətdən hazır olacaqsa, qələbəni də o qazanacaq.

Finalla bağlı bütün riskləri göz önünə almışıq. 120 dəqiqə oynamağa, hətta penalti vuruşlarına da hazırıq.

Əsas olan meydanda can qoymaq, sona qədər mübarizə aparmaqdır. Ən vacibi odur ki, çox maraqlı oyun olacaq”.

Mayın 20-də “Cəbrayıl”la “Xan Lənkəran” arasındakı final görüşü saat 16:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti