“Araz” AFFA-nı aldada bilmədi, “Xan Lənkəran” finala buraxıldı

18 May 2022 17:00 Region Liqası 1 447
“Araz” AFFA-nı aldada bilmədi, “Xan Lənkəran” finala buraxıldı

Region Liqasının yarımfinalında "Xan Lənkəran"a qalib gələrək finala vəsiqə qazanan "Araz Naxçıvan"a texniki məğlubiyyət verilib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Naxçıvan təmsilçisinin heyətində Orxan Əliyev və Elməddin Məmmədovun cari mövsüm ərzində peşəkar müqaviləsinin olması müəyyən edilib. Bu səbəbdən komanda 0:3 hesablı texniki məğlubiyyət alıb.

Qarşılaşma "Araz Naxçıvan"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Beləliklə, Region Liqasının finalında "Xan Lənkəran" və "Cəbrayıl" üz-üzə gələcəklər. Həlledici matç mayın 20-də Şamaxı şəhər stadionunda oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!