İki bölgə komandasının oyununda maraqlı anlar - VİDEO+FOTOREPORTAJ

17 May 2022 09:20 Region Liqası 1 239
İki bölgə komandasının oyununda maraqlı anlar - VİDEO+FOTOREPORTAJ

Region Liqasında finalçılar məlum olub.

Sportinfo.az xəbər verir ki, "Xan Lənkəran" "ASK Arena"da "Araz Naxçıvan" ilə qarşılaşıb.

Görüş Naxçıvan təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı Lənkəran klubu açıb. Röyal Nəcəfov görüşün ilk qolunu vurub. İkinci hissədə üstünlüyü ələ almağı bacaran Muxtar Respublika komandasından Fərid Nəcəfli hesabı bərabərləşdirib.

Oyunda son nöqtəni isə Orxan Əliyev qoyub. Beləliklə, "Araz" 20-də, saat 17.00-da Şamaxı şəhər stadionunda keçiriləcək finalda "Cəbrayıl"a rəqib olub.

"Xan Lənkəran" isə üçüncü yer uğrunda matçda "Qusar"la münasibətlərinə aydınlıq gətirəcək.

Region Liqanın qalibi iyunun 17-23-də Azərbaycanda keçiriləcək UEFA Region kubokunda çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti