"Xan Lənkəran" rəhbərliyi maliyyə mənbəyini AFFA-dan gizlədib?

11 May 2022 20:20 Region Liqası 1 643
"Xan Lənkəran" rəhbərliyi maliyyə mənbəyini AFFA-dan gizlədib?

AFFA-nın «Xan Lənkəran»ı I Diviziona buraxmamasının səbəbləri yavaş-yavaş üzə çıxmaqdadır.

Federasiya ötən ilin yayında yaradılan klubun maddi qaynaqlarına dair şübhəli məqamların olması qənaətindədir.

AFFA-nın icraçı vitse-prezidenti vəzifəsindən ayrılan Elxan Məmmədov İcraiyyə Komitəsinin son iclasında bununla bağlı düşüncələrini dilə gətirib.

O bildirib ki, Rusiyada yaşayan lənkəranlı iş adamlarından klubun maliyyə mənbələrinin şəffaflığına aid sənədlər istənilib. Onlar isə fəaliyyət göstərdikləri biznes sahəsi üzrə konkret informasiya verməyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti