“Xan Lənkəran” fəaliyyətini dayandıracaq? – AFFA onları Diviziona buraxmasa…

10 May 2022 20:00 Region Liqası 1 960
“Xan Lənkəran” fəaliyyətini dayandıracaq? – AFFA onları Diviziona buraxmasa…

“Klubumuzun gələcək fəaliyyəti ilə bağlı bütün suallara mayın 20-dən sonra aydınlıq gətiriləcək”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Xan Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Famil Məmmədov bildirib.

Bilindiyi kimi, AFFA 3 bölgə klubunun növbəti mövsüm I Divizionda iştirakına dair qərar verib. “Araz Naxçıvan”, “İmişli” və “Mingəçevir” İcraiyyə Komitəsinin açıqladığı həmin siyahıya daxildir.

Ötən ilin yayında yaradılan və Region Liqasında mübarizəni hələ də davam etdirən “Xan Lənkəran” I Diviziona iddialı olsa da, federasiya onlara bu imkanı yaratmayıb.

Cənub təmsilçisi AFFA-nın qərarından müxtəlif qurumlara, o cümlədən, ölkə rəhbərliyinə müraciət ünvanlayıb.

F.Məmmədov hazırda gözləmə mövqeyi tutduqlarını və bütün fikirlərini Region Liqasının son oyunlarına yönəltdiklərini bildirib:

“Mayın 15-də “Araz-Naxçıvan”la yarımfinal oyununa çıxacağıq. Məqsədimiz ən azından finala çıxmaqdır.

Ən pis halda, üçüncü yer uğrunda mübarizə aparacağıq. Bununla parallel olaraq, I Divizionla bağlı müraciət etdiyimiz qurumlardan cavab gözləyirik.

Bu gün də ümid edirik ki, klubumuz I Diviziona buraxılacaq. Klubumuzun prezidenti Pərviz Hüseynov yaranmış vəziyyətlə bağlı hələ mətbuata açıqlama vermək fikrində deyil.

Mayın 20-dən sonra klubumuzun yeni planları və perspektivi barədə qərar veriləcək. Hər halda bir daha xatırlatmaq istəyirik ki, “Xan Lənkəran”ın yaradılmasının tək məqsədi futbola xidmət etməkdir”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar