"Xan Lənkəran"ın vəziyyəti Premyer Liqanın 2-3 komandasının şəraitindən yaxşıdır"

8 May 2022 13:00 Region Liqası 1 728
"Xan Lənkəran"ın vəziyyəti Premyer Liqanın 2-3 komandasının şəraitindən yaxşıdır"

"Açığı, hamı gözləyirdi ki, qərar müsbət olacaq və yeni mövsümdən komandamız Divizionda iştirak edəcək".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Xan Lənkəran"ın hücumçusu Röyal Nəcəfov deyib.

AFFA İcraiyyə Komitəsinin son iclasında "Mingəçevir", "İmişli" və "Araz Naxçıvan"ın növbəti mövsümdən I Divizionda iştirakına qərar verilib.

Nəcəfov "Xan Lənkəran"ın da həmin siyahıya əlavə ediləcəyinə böyük ümidlərinin olduğunu gizlətməyib:

"Çünki komanda buna hazırdır. "Xan Lənkəran"ın həm maddi-texiniki baza, həm də uşaq futbolu var. Ən önəmlisi, azarkeşlər buna hazırdır.

Sizi inandırım ki, komanda Region Liqasında oynaya bilər, amma hər şey yüksək səviyyədədir. Belə deyim, hal-hazırda divizionda bizim komandanın səviyyəsində komanda yoxdur.

Hər baxımdan vəziyyətimiz, deyərdim ki, Premyer Liqanın 2-3 komandasının şəraitindən yaxşıdır.

Fikirləşin, bu şərait Region Liqası komandasındadır, indi Diviziona, Premyer Liqaya yüksəlsə, görün, hansı şəraiti ola bilər.

"Xan Lənkəran" divizona, oradan da Premyer Liqaya yüksəlsə, qazanan Azərbaycan futbolu olacaq".

Digər Xəbərlər
Xəbər Lenti