Rayon komandaları hər ay AFFA-dan pul alacaq

7 May 2022 10:40 Region Liqası 1 197
Rayon komandaları hər ay AFFA-dan pul alacaq

AFFA növbəti mövsüm Region Liqasında çıxış edəcək klublara dəstəyini artıracaq.

Bu barədə Sportinfo.az-a federasiyadan bildirilib.

Redaksiyamıza verilən məlumaia görə, yardım paketi iki istiqaməti əhatə edəcək. Çempionata qatılacaq paytaxt təmsilçiləri əvvəlki illərdəki kimi geyim və inventarla təmin olunacaq.

Rayon komandaları isə hər ay AFFA-dan 2500-5000 manat civarında maliyyə alacaq. Maddi dəstəyin həcminin müəyyənləşdirilərkən, onların şəraiti və mövcud imkanları əsas götürüləcək.

Federasiya cari yarışmada mübarizə aparan kollektivlərin bir qisminə pul ödəyir. Onlara hər ay 2000 manat verilir. Bu siyahıya «Qoşqar», «Energetik», «Cəbrayıl» və başqaları daxildir.

Digər Xəbərlər
Xəbər Lenti