"Araz-Naxçıvan"ın 2000 manatından imtina etdi

4 May 2022 14:40 Region Liqası 1 084
"Araz-Naxçıvan"ın 2000 manatından imtina etdi

«Araz-Naxçıvan»ın yeni baş məşqçisi Azər Bağırov özünə köməkçi tapmağa çətinlik çəkir.

İki ay öncə Muxtar Respublika klubunda işə düzələn mütəxəssis istədiyi yardımçıların heç birini öz korpusuna daxil edə bilməyib.

Son olaraq Rəşad Hüseynova dəvət göndərən Bağırov ondan «yox» cavabı alıb. Axırıncı dəfə «Sabah»da çalışan Hüseynov onunla yanaşı işləməkdən imtina edib.

Baxmayaraq ki, «Sabah»ın sabiq məşqçisinə aylıq 2000 manat maaş təklif olunub.

O, Masazır klubunda yardımçılığını etdiyi Ramin Quliyevi gözlədiyini bildirərək, Azər Bağırovun təklifini geri çevirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti