MÜJDƏ: "Ölkə futboluna yeni nəfəs, yeni ad və brend olaraq qayıdırıq"

3 May 2022 17:20 Region Liqası 2 145
MÜJDƏ: "Ölkə futboluna yeni nəfəs, yeni ad və brend olaraq qayıdırıq"

"Rəhbərliyin futbol sevgisi bizim işlərimizi daha da sürətləndirir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Araz Naxçıvan"ın İdarə Heyətinin üzvü Sakit Rzayev deyib.

Növbəti mövsüm I Divizionda yarışacaq klubun rəsmisi gələcək planlarının böyük olduğunu bildirib:

"Bundan sonrakı öhdəliklərimizi bilirik. Köklü dəyişiklər oldu. Meydançamızın təmiri davam edir. Bir çox layihələrimizi zamanla həyata keçirəcəyik.

Yaxın zamanda "Araz Naxçıvan"nın Futbol Akademiyası fəaliyyətə başlayacaq.

Naxçıvan şəhərində həmin akademiyanın yeri, uşaqların qalması, təhsil alması, qidalanması və nəqliyyatla bağlı planlar hazırlanıb. Artıq layihə bitmək üzrədir.

Yeni bir koordinatorun təyinatı gözlənilir. Bir sözlə, "Araz Naxçıvan" ölkə futboluna yeni nəfəs, yeni ad və brend olaraq qayıdıb.

Buna qarşıdakı dönəmlər hər kəs şahid olacaq".

Digər Xəbərlər
Xəbər Lenti