AFFA İcraiyyə Komitəsinin son iclasında növbəti mövsümdən "Mingəçevir", "İmişli" və "Araz Naxçıvan" I Divizionda iştirak edəcəkləri açıqlandı.
Siyahıda "Xan Lənkəran" və "Cəbrayıl"ın adının olacağı gözlənilsə də bu, baş vermədi.
Sonuncuların yaradıcısı və baş məşqçisi olan Cavid Hüseynov Sportinfo.az-a açıqlamasında başvernlərə münasibət bildirib:
"Bizim üçün gözlənilməz heç bir qərar olmadı. Bizim öz fəaliyyətimizi davam etdirmək fikrimiz qətidir.
Düzdür, "Cəbrayıl"ın birinci diviziona yüksəlməsi bütün futbol ictimaiyyətinə maraqlı idi. Amma bu barədə mənə kimsə söz verməmişdi.
Sadəcə olaraq, mən həmişə qeyd edirdim ki, biz hər an hazır olmalıyıq. Ola bilsin, sabah dedilər ki, siz birinci divizionda çıxış edəcəksiz.
Klub olaraq biz buna hazırıqmı? Bu, sual altında qalacaq. Ona görə də bütün işlərimizi ən yüksək səviyyədə görməyə çalışırıq".
XANOĞLAN

