Azərbaycan Region Liqasının final mərhələsinin oyunlarına Türkiyənin Ərzurum şəhərində hazırlaşan "Araz-Naxçıvan" məşqlərə ara vermədən davam edir.
Sportinfo.az xəbər verir ki, komanda ötən gün bərpa məşqinə çıxıb, ardınca futbolçulara istirahət verilib.
Toplanış zamanı məşqçilər heyəti tərəfindən nəzəri dərslər keçirilib, futbolçularla fərdi söhbətlər aparılıb.
Hazırlıq mərhələsi may ayının 6-dək davam edəcək.

