"Xan Lənkəran"ın sahibi: "Mənim əsas hədəfim Premyer Liqadır, qoymasalar…"

1 May 2022 09:20 Region Liqası 1 593
"Xan Lənkəran"ın sahibi: "Mənim əsas hədəfim Premyer Liqadır, qoymasalar…"

AFFA İcraiyyə Komitəsi qərar verdi ki, gələn mövsüm I Divizionda daha üç klub iştirak etsin.

Onlar "İmişli", "Araz Naxçıvan" və "Mingəçevir"di. "Xan Lənkəran"ın bu siyahıda olmaması bir çoxlarında təəccüb doğurdu.

Hətta buna etiraz edənlər də var. Əsas da klubun prezidenti Pərviz Hüseynov. Açıqlamalarıyla gündəmi zəbt edən lənkəranlı iş adamı yenə şəxsi "instaqram" hesabında izləyiciləri ilə söhbətləşib.

Sportinfo.az xəbər verir ki, o, AFFA-nın qərarına etiraz etməklə yanaşı, "Xan Lənkəran"ın az da olsa, şansının qaldığını bildirib:

"Bilirəm ki, hamınız pis olmusuz. Bizə deyirlər ki, 3 il Region Liqasında oynamalısan. Amma biz bu liqa üçün çox güclüyük.

Bilmirəm, bəlkə bizdən qorxurlar? Bütün standartlara cavab verən komanda kənarda qalır, dünən hakimi döyən komanda bu gün diviziona yüksəlir.

Bəlkə biz də belə edək? AFFA mənim komandama 1 qəpik də kömək olmur. Amma həm divizionda, həm də Premyer Liqada nə qədər klubu maliyyələşdirirlər.

Bizə mövsümün əvvəlində forma vermək istəyirdilər. Dedim ki, lazım deyil, o qədər ehtiyacı olan klublar var, onlara dəstək olun.

Hətta lazım olsa, mən sizə nədəsə kömək edərəm. Biz Region Liqasında çıxış etdik ki, prosedurlara riayət edək. Mənim əsas hədəfim Premyer Liqadır.

Amma Divizionda iştirak etmək lazımdı. Bizdə qoymasalar, gedib Türkiyədə çıxış edəcəyik. Öz ölkəmizdə peşəkar olmağa qoymurlar.

Lazım olsa, ən yuxarı dairələrə qədər gedəcəm. Yenə görüşəcəyik. Rəhman müəllimlə birgə AFFA-da olacağıq.

Ondan sonra hamıya məlumat verəcəyik. Hələ heç nə bitməyib. Mübarizəmizi davam etdiririk".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti