"Xan Lənkəran" da Diviziona buraxılacaq? – SON DƏQİQƏ GÖRÜŞMƏSİ

29 Aprel 2022 21:00 Region Liqası 1 855
"Xan Lənkəran" da Diviziona buraxılacaq? – SON DƏQİQƏ GÖRÜŞMƏSİ

Növbəti mövsüm I Divizionda 3 yeni komanda iştirak edəcək. Bu barədə qərarı AFFA verib.

Qurumun İcraiyyə Komitəsi üç komandanı aşağı dəstəyə buraxmaq barədə qərar qəbul edib.

Bunlar "İmişli", "Mingəçevir" və "Araz Naxçıvan"dır. Bölgə komandaları 2022/2023-cü il mövsümündən etibarən I Divizionda çıxış edəcək.

"Xan Lənkəran" rəhbərliyi federasiyanın verdiyi bu qərarla razılaşmır. Region Liqasında debüt mövsümünü keçirən və kifayət qədər iddialı heyət quran cənub təmsilçisi peşəkar statuslu yarışda mübarizə aparmaqda israrlıdır.

Klubun prezidenti Pərviz Hüseynov bu məqsədlə Bakıya gəlib və AFFA başbilənləri ilə görüşmək niyyətindədir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti