Azərbaycanda tanınan legioner qardaşını Lənkəran klubuna təklif edib

28 Aprel 2022 16:40 Region Liqası 1 542
Azərbaycanda tanınan legioner qardaşını Lənkəran klubuna təklif edib

"Şamaxı"nın Malidən olan legioneri Sadio Tounkaranın qardaşı Madi Nfa Tiekoro Tounkara növbəti mövsümdə Azərbaycanda çıxış edə bilər.

Afrikalı hücumçuya müştəri düşən klubun adı məlumdur - "Xan Lənkəran ".

Bunu cənub təmsilçisinin prezidenti Pərviz Hüseynov da məlumatı təsdiqləyib. Keçidin reallaşması üçün bölgə klubunun I Divizionda iştirakını gözləmək lazımdır.

Region Liqasında ilk ilini başa vurmaq üzrə olan "Xan Lənkəran"ın peşəkar statuslu yarışda çıxış edib-etməyəcəyi AFFA-dan asılıdır və güman ki, həmin qərar iyul-avqust aylarından tez verilməyəcək.

Madi Nfa Tiekoronun Azərbaycanın yolunu tutmasını təklif eləyib. Uzun illərdir ölkəmizdə karyerasını sürdürən yarımmüdafiəçinin qardaşına görə "Xan Lənkəran"ın qapısını döyməsi də təsadüfən deyil.

Axı onun Azərbaycanda üz tutduğu ilk ünvan Lənkəran olub və bir neçə il yerli "Xəzər"in formasını geyinib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti