Region Liqasında debüt mövsümünü keçirən «Xan Lənkəran» uğurlu çıxışını davam etdirir.
Sportinfo.az xəbər verir ki, öncə cənub zonasının lideri olaraq pley-offa vəsiqə qazanan komanda artıq 2 tur adlayıb.
«Ağ-yaşıllar» 1/8 Qusar «Şirvanovka»ya, ¼ final mərhələsində də «Füzuli»yə qalib gəlib. Lənkəran təmsilçisi yarımfinalda «Araz-Naxçıvan»la üz-üzə gələcək.
«Xan»ın futbolçuları yarışmanın gedişatı ilə bağlı iddialı açıqlamalar verib.

