Region Liqasının final mərhələsinə hazırlaşan "Araz-Naxçıvan" təlim-məşq toplanışı üçün Türkiyənin Ərzurum şəhərinə yollanıb.
Sportinfo.az xəbər verir ki, komanda Azər Bağırovun rəhbərliyi altında may ayının 6-dək məşqlərini burada davam etdirəcək.
Ərzurumun "Palan" otelində məşkunlaşan "qırmızı-ağlar" 10 gün ərzində 3 yoxlama görüşü keçirəcək.
Artıq ilk məşqinə çıxan "Araz-Naxçıvan"ın rəqibləri "Yakutiyespor" və "TFF Ərzurum yığma komandası" (2 görüş) olacaq.

