Son günlər gündəmdə olan azərbaycanlı futbolçu haqda "Sportinfo"ya nə dedilər? - VİDEO

21 Yanvar 2022 21:20 Region Liqası 1 264
Son günlər gündəmdə olan azərbaycanlı futbolçu haqda "Sportinfo"ya nə dedilər? - VİDEO

Region Liqasında çıxış edən “Karvan”ın futbolçusu Ümid Mahmudovun sosial şəbəkəklərdə yayılan görüntüləri böyük maraq yaratdı.

Kadrlardan bəlli olur ki, o, kifayət qədər istedadlıdır.

Yevlaxlı oyunçunun topla rəftarı və etdiyi driblinqlər həqiqətən göz oxşayır.

Ümidi daha yaxından tanımaq üçün hazırda çıxış etdiyi "Karvan"nın baş məşqçisi Kənan Kərimovla danışmağı qərar aldıq. Gənc çalışdırıcı Sportinfo.az-a açıqlamasında yetirməsi haqqında bunları dedi:

"Həmin kadrlar nəvaxtsa kəndlər arası çempionatda çəkilib. Yəni Region Liqasında olan hadisə deyil.

Ümidin əsli Ləkidəndir. Bu mövsümdən bizim komandada çıxış eləməyə başlayıb.

Uşaq məktəbi keçməyib. Bəlkə də məktəbi olsa, indi onun üçün daha yaxşı olardı.

Öyrənməli çox şeyi var. Düzdür, bacarığı var, amma üzərində çox işləməlidir. O qədər az yaşı da yoxdur. Səhv etmirəmsə, 20-21 yaşlarındadır.

Yaxın gələcəkdə yuxarı liqalarda çıxış edə bilməsi onun üçün tez olar. Çünki çatışmayan cəhətləri çoxdur".

Həmin videonu bu linkdə izləyin:

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi