"Xəzər Lənkəran" getdi, "Xan Lənkəran" gəldi - VİDEOREPORTAJ

15 Dekabr 2021 01:20 Region Liqası 2 075
"Xəzər Lənkəran" getdi, "Xan Lənkəran" gəldi - VİDEOREPORTAJ

«Xəzər Lənkəran» 11 il Azərbaycan futboluna xidmət etdi.

2004-cü ildə Mübariz Mənsimov tərəfindən yaradılan klub 2016-cı ildə fəaliyyətini dayandırdı.

Türkiyədə yaşayan iş adamının üzləşdiyi maliyyə problemləri və AFFA rəhbərliyi ilə yaşadığı problemlər «Qafqaz Çelsi»sinin sonunu gətirdi. O tarixdən bəri cənub bölgəsi böyük futboldan uzaq düşmüşdü.

Yaxşı ki, bu yay «Xan Lənkəran» ortalığa çıxdı. Yerli iş adamları tərəfindən formalaşdırılan klub Region Liqasında debüt mövsümünü keçirir.

Belə görünür ki, onların yaxın gələcəklə bağlı müxtəlif ciddi planları var. «Xan Lənkəran»ın yaranması bu zonadan olan fanatları bir qədər ümidləndirib.

Komandanın ev oyunları zamanı stadiona toplaşan azarkeşlərin sayından da bunu görmək mümkündür.

Bugünlərdə «CBC Sport»un çəkiliş qrupu olub, maraqlı görüntülər qeydə alıb. Sportinfo.az həmin videoreportajı təqdim edir:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti