“Cəbrayıl”ı növbəti mövsüm I Diviziona gətirəcək - AFFA

9 Noyabr 2021 18:00 Region Liqası 2 895
“Cəbrayıl”ı növbəti mövsüm I Diviziona gətirəcək - AFFA

AFFA yeni yaranan“Cəbrayıl”ı növbəti mövsüm I Diviziona gətirəcək.

Bu, federasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədovun istəyi və planıdır.

Qurumun bir nömrəli şəxsi Region Liqasında mübarizə aparan klubla bağlı mərhələli inkişaf layihəsinin hazırlanmasına dair müvafiq tapşırıqlar verib.

Bura maddi-texniki təminat daxildir. E.Məmmədov “Cəbrayıl”ın sponsor məsələsini də şəxsi əlaqələri hesabına həll etməyi öz üzərinə götürüb.

Cavid Hüseynovun prezidenti və baş məşqçisi olduğu kluba hazırda ölkədə fəaliyyət göstərən tekstil şirkətlərindən biri dəstək verir.

Nəzdində bir neçə fabrik olan şirkət Qarabağ təmsilçisi ilə 1 il müddətinə anlaşıb. Əməkdaşlığın inkişafı yenə AFFA-dan asılıdır.

Əgər federasiya «Cəbrayıl»ın peşəkar status almasını istəsə, onda anlaşma uzunmüddətli olacaq.

Region Liqasının Paytaxt-Şimal zonasında qüvvəsini sınayan “Cəbrayıl” 2 tura maksimum xal toplayıb. Komanda açılış həftəsində “Davam”ı 21:0, “İrəvan”ı 10:0 hesabıyla üstələyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!