Qarabağ rayonlarından yalnız 1 komanda ölkə çempionatında

7 Oktyabr 2021 20:40 Region Liqası 2 283
Qarabağ rayonlarından yalnız 1 komanda ölkə çempionatında

Qarabağın erməni işğalından azad olunmuş şəhər və rayonlarından yaınız Cəbrayıl yeni mövsümdən etibarən futbol ailəsində təmsil olunacaq.

Bu haqda Sportinfo.az-a AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqası üzrə İşçi Qrupun üzvü Yusif Vəliyev bildirib.

Onun sözlərinə görə, federasiyaya yalnız “Cəbrayıl”ın rəhbərliyindən müraciət daxil olub:

“Yadınızdadırsa, AFFA ötən ilin noyabrında açıqlama yaymışdı ki, işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını və Şuşa şəhərini təmsil edən, federasiyanın təşəbbüsü ilə yaradılacaq komandalar Region Liqası turnirində mübarizə aparacaq.

Bunun gerçəkləşməsi yalnız AFFA-dan asılı deyil. O rayonlarda məskunlaşma başlamalı, idman infrastrukturu bərpa olunmalıdır ki, klublar fəaliyyət göstərə bilsin.

Bunlar bir-birinə paralel həll olunan məsələlərdir. “Cəbrayıl” hələlik Bakıda məskunlaşacaq.

Qarabağın digər rayonlarından olan iş adamlarından, rəsmi qurumlarından heş bir çağırış almadıq. Müraciət etsəydilər, onları da nəzərdən keçirərdik.

Odur ki, AFFA Qarabağın digər rayonlarında yeni komandaların yaradılmasını növbəti mövsümə saxlayıb”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!