Lənkəranda yeni yaradılan klubla bağlı YENİ XƏBƏR

3 Oktyabr 2021 14:00 Region Liqası 1 624
Lənkəranda yeni yaradılan klubla bağlı YENİ XƏBƏR

"Xan Lənkəran"ın rəhbərliyi AFFA-ya dəvət olunub.

Bu haqda Sportinfo.az-a federasiyanın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqası üzrə İşçi Qrupun üzvü Yusif Vəliyev bildirib.

Onun sözlərinə görə, yeni yaranan klubun idarəçiləri ilə görüş keçiriləcək və məhz bundan sonra cənub təmsilçisinin Region Liqasının iştirakçıları arasında olub-olmayacağı dəqiqləşəcək:

"Xan Lənkəran" AFFA-ya müraciət edib. İlk gündən bildirdiyimiz kimi, çempionatda mübarizə aparmaq istəyən komandalar təminat məktubu verməlidir.

Burada göstərilməlidir ki, onlara ya yerli İcra Hakimiyyətləri, ya da bir şirkət zamin dayanıb. Bu da ondan ötrüdür ki, iştirkçı çempionatın ortasında çıxışını yarımçıq dayandırmasın, mövsümü başa vursun.

"Xan Lənkəran"ın bəzi sənədlərində çatışmazlıqlar var, onları aradan qaldırmalıdırlar. Bununla bağlı klubun nümayəndələri ilə söhbət etməliyik. İnanıırıq ki, texniki məsələlərin hamısı həllini tapacaq".

Digər Xəbərlər
Xəbər Lenti