"Karvan" qayıdır!

24 Sentyabr 2021 17:40 Region Liqası 2 295
"Karvan" qayıdır!

Yeni mövsümdən Yevlaxı Region Liqasında təmsil edəcək komandanın adına aydınlıq gəlib..

Sportinfo.az-ın məlumatına görə, milli komandamızın sabiq hücumçusu Kənan Kərimovun baş məşqçisi olacaq komanda Region Liqasında "Karvan" adı ilə çıxış edəcək.

"Yevlax-66" və "Karvan" adları arasında seçim edən rəhbərlik sonda ikinciyə üstünlük verib.

Artıq rəhbərlik qeydiyat üçün lazım olan sənədləri federasiyaya göndərib. Qalır təşkilatçıların "Karvan"ın iştirakına "hə" deməsi.

Əgər bir problem yaranmasa komanda ev oyunlarını Yevlax Şəhər Stadionunda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!