AFFA çempionatda iştirak etmək istəyən klublara vaxt verdi

21 Sentyabr 2021 10:40 Region Liqası 2 117
AFFA çempionatda iştirak etmək istəyən klublara vaxt verdi

AFFA Region Liqasında qeydiyyat müddətini uzadıb.

Bu, yarışda iştirak etmək istəyən komandaların çoxluğu ilə əlaqədardır.

Hazırda çempionatda qüvvəsini sınamaq niyyətində olanların sayı 30-dan artıqdır. Odur ki, federasiya onlara daha 10 gün vaxt verib.

Başqa sözlə, həmin kollektivlər sentyabrın 20-dək öz sənədlərini quruma təqdim eləməli, irəli sürülən tələb və şərtləri yerinə yetirməlidir.

Burada əsas məsələ təminatdır. Mübarizəyə qoşulmaq istəyən komandalar yerli İcra Hakimiyyətlərindən və ya hansısa şirkətdən zəmanət məktubu almalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti