Cənub bölgəsində 2 yeni futbol klubu yaradıldı

4 Sentyabr 2021 09:40 Region Liqası 1 638
Cənub bölgəsində 2 yeni futbol klubu yaradıldı

Respublikanın cənub bölgəsində 2 yeni futbol klubu yaradılıb.

Bu barədə Sportinfo.az-a AFFA-dan bildirilib.

Federasiyadan redaksiyamıza verilən məlumata görə, bu komandalar Lənkəran və Astaranı təmsil edir. Onlar növbəti mövsümdən etibarən Region Liqasında mübarizə aparmaq istədiklərini quruma bildirib.

AFFA dünəndən Region Liqasında qeydiyyat prosesinə start verib. Çempionata qatılmaq niyyətində olan kollektivlərin tam siyahısı ayın 20-də açıqlanacaq.

Yeni sezonun startına gəlincə, bu, oktyabra təsadüf edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO