AFFA bu gündən etibarən Region Liqasının 2021-2022-ci illər mövsümünə qeydiyyat və hazırlıq mərhələsinə başlanılıb.
Çempionatda iştirak etmək istəyən komandalar bununla əlaqədar müraciət və təminat məktubunu [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Bu məqsədlə ZOOM platforması üzərindən onlayn görüş təşkil olunub. İclasda liqalarda iştirak qaydaları, qeydiyyat prosesləri ətraflı izah olunub və fikir mübadiləsi aparılıb.
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqası üzrə İşçi Qrupun üzvü Yusif Vəliyev Sportinfo.az-a bildirib ki, yarışa oktyabrda start verilməsi planlaşdırılır.
Çempionatda qüvvəsini sınamaq istəyən komandaların sayının kifayət qədər çox olmasını qeyd edən federasiya prosesi qeydiyyat prosesinin sentyabrın 20-da bitəcəyini açıqlayıb.

