"Qəbələ"nin prezidenti döyüşə yollandı – Klubu kim idarə edir?

27 Oktyabr 2020 12:44 Qəbələ 1 126
"Qəbələ"nin prezidenti döyüşə yollandı – Klubu kim idarə edir?

«Qəbələ»nin prezidenti Fariz Nəcəfovun cəbhəyə yollanması böyük rezonansla qarşılanıb.

Əslən Ağdamdan olan klub rəhbəri artıq 2 həftəyə yaxındır ki, ordu sıralarındadır.

Rütbə daşıyan Nəcəfov hazırda döyüşlərin getdiyi ən qaynar nöqtələrdən biridir.

Maraqlıdır ki, Fariz bəy silaha sarılmasının mətbuata sızmasını istəməyib. Yaxın ətrafına dönə-dönə tapşırıb ki, bu barədə KİV-ə heç bir informasiya verilməsin, sosial şəbəkələrdə nəsə yazılmasın.

Onun Silahlı Qüvvələrin tərkibində ermənilərlə savaşa atılmasından sonra «Qəbələ» başlı-başına qalmayıb. İdarəçilik faktiki olaraq vitse-prezident səlahiyyətlərini yerinə yetirən Səbuhi Qarayevə tapşırılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi