"Qəbələ"ni qiymətdə razı salmaq üçün Azərbaycana gəldi

16 Sentyabr 2020 10:52 Qəbələ 1 243
"Qəbələ"ni qiymətdə razı salmaq üçün Azərbaycana gəldi

"Qəbələ"nin legioneri Ceyms Adeniyi dünən Azərbaycana gəlib.

Sportinfo.az-ın məlumatına görə, nigeriyalı hücumçunun dönüşü müvəqqəti xarakter daşıyır.

O, müqavilə ilə məxsus olduğu komandada qalmaq istəyindən uzaqdır.

2018-ci ilin yayında "Qəbələ" ilə 3 illik kontrakt imzalamış Adeniyi həmin mövsüm 31 oyuna 12 qol vurmuşdu. Afrikalı forvard 2019/2020 mövsümünü icarə əsasında İsraildə - "Hapoel"də (Kiryat-Şmona) keçirib.

Azərbaycan kubokunun sahibi onunla birdəfəlik vidalaşmağa hazırlşır. Əlbəttə, quru "salam-sağol"la deyil. Adeniyini istər İsraildən, istərsə də başqa ölkələrdən istəyən klublar var. Nigeriyalıı bura konkret təkliflərlə gəlib. "Qəbələ" müəyyən məbləğ qarşılığında hücumçusunu satmağa razıdır.

Digər Xəbərlər
Xəbər Lenti