"Qəbələ"dən 10 futbolçu… Hər klubda belə olmur

8 İyul 18:34 Qəbələ 584
"Qəbələ"dən 10 futbolçu… Hər klubda belə olmur

“Qəbələ”nin Azərbaycan Premyer Liqasındakı çıxışları tarixində 10 dəfə bir futbolçu üç və ya daha çox matçda meydanı qol vurmadan tərk etməyib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın Premyer Liqadakı ən uzun fərdi qol seriyasının müəllifi Baqali Dabodur. Fransalı futbolçu ardıcıl 4 oyunda qol sevinci yaşayıb.

Bu, 2017/18 mövsümündə gerçəkləşib. Fransalı forvard meydanı qolsuz tərk etmədiyi 4 turda 6 dəfə rəqib qapılarına yol tapıb. Dabo bunu 4 matçda bacaran yeganə futbolçudur. Digər 9 seriya üç qarşılaşmanı əhatə edir.

Filip Ozobiçin hamıdan çox – 2 belə uğurlu seriyası var. O, 2016/17 mövsümünün gedişində iki dəfə üçoyunluq qol seriyasına imza atıb. Xorvatiyalı yarımmüdafiəçi bunların birində 4, digərində 3 dəfə fərqlənib.

Yannik Kamanan 2011/12 mövsümündə ardıcıl üç görüşdə 5,, Davit Volkov 2019/20 mövsümündəki seriya zamanı 4 dəfə qol sevinci yaşayıb.

Fərzad Hatəmi 2008/09, Cavid Hüseynov 2014/15, Alesksey Qay 2015/16, Stiven Monrozla Ceyms Adeniyi 2018/19 mövsümündə üç ardıcıl turun hərəsində bir dəfə fərqlənməyə nail olub.

Xəbər Lenti
9 Avqust 14:40 "Bu, məni dəli edir"