Hücumçu "Qəbələ"dən ayrılmaq üçün nə edəcək?

8 İyul 2020 14:50 Qəbələ 981
Hücumçu "Qəbələ"dən ayrılmaq üçün nə edəcək?

İcarə əsasında "Hapoel"də (Kiryat-Şmona) çıxış edən Ceyms Adeniyi "Qəbələ"dən ayrılmaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə nigeriyalı forvard yerli mətbuata açıqlamasında deyib.

28 yaşlı hücumçu bildirib ki, daha bir il Kiryat-Şmona təmsilçisində çıxış etmək niyyətindədir. Afrikalı oyunçu bunun üçün "qırmızı-qaralar"la danışıq aparacağını söyləyib.

O, əyalət klubu ilə müqaviləsini pozmaq istədiyini əlavə edib. 2018-ci ilin yayında "Qəbələ" ilə 3 illik müqavilə imzalamış Ceyms Adeniyi ötən mövsüm 31 oyuna 12 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!