“Qəbələ“də valideyn iclası - FOTOLAR

13 Yanvar 2020 22:40 Qəbələ 1 516
“Qəbələ“də valideyn iclası - FOTOLAR

Dünən “Qəbələ“ akademiyasında valideyn iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, yerli valideynlərin iştirakı ilə keçirilən iclası giriş sözü ilə məşqçi Anar Surxayev açdıqdan sonra direktor Halim Fıçıcı bir neçə mövzuda çıxış edərək, futbolun və “Qəbələ” Futbol Akademiyasının uşaqlara verəcəyi xeyirlərdən danışıb.

Həkim İlkin İslamov və müəllim Namiq Hacızadə idmançının qidalanması, gündəlik rejimi, uşaq psixologiyası haqqında müxtəlif çıxışlar və məsləhətlər verdikdən sonra valideynlərdən problemlər, təkliflər və iradlar dinlənilib.

Təqdimatın sonunda lokal vəziyyətə uyğunlaşdırılmış rejim və qidalanma nümunələri hər bir valideynə təqdim edilib.

Belə iclasların tez-tez keçirilməsinin faydalı olacağını bildirən valideynlər yeməkxanamızda çay süfrəsinə dəvət edilib. Həftəsonu övladları akademiya yataqxanasında yaşayan valideynlər üçün iclas keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti