"Qəbələ"dən SƏRT REAKSİYA: "Bu hakim dəlidir" - FOTO

24 Sentyabr 2022 21:00 Qəbələ 1 174
"Qəbələ"dən SƏRT REAKSİYA: "Bu hakim dəlidir" - FOTO

"Qəbələ" üç turdan sonra, nəhayət, "Sumqayıt"la matçda qələbə həsrətinə son verdi.

8-ci dəqiqədə Ramon Maçadonun vurduğu qol matçda yekun nəticəni təyin etdi - 1:0.

Minimal hesablı qələbə qazanan meydan sahibləri təxminən son 10 dəqiqəni azlıqda oynamalı oldu. Belə ki, 83-cü dəqiqədə baş hakim Elçin Məsiyev "Qəbələ"dən Rövlan Muradovu birbaşa qırmızı vərəqə ilə oyundan kənarlaşdırdı.

Futbolçu qarşılaşmadan sonra öz sosial şəbəkə hesabında məlum epizdonun videosun paylaşaraq bu sözləri yazıb:

"Bu, bir imtahandır və biz güclü qayıdacağıq".

Komandanın mərkəz müdafiəçisi Ruan Renato da komanda yoldaşına dəstək olub - "Sözsüz ki, qardaş. Biz həmişə səninlə olacağıq!".

"Qırmızı qaralar"ın digər braziliyalı legioneri Felipe Santos isə posta daha sərt reaksiya verib - "Bu hakim dəlidir".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi