"İstədiyim futbolçudur, onu uzun müddətdir izləyirdim"

6 İyul 2022 01:50 Qəbələ 883
"İstədiyim futbolçudur, onu uzun müddətdir izləyirdim"

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində “Qaziantep”lə ilk yoxlama matçından (1:2) sonra klubun saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, ümumilikdə komandanın oyunundan razı qaldığını bildirib:

"Əsas məqsəd xətlərarası əlaqəni daha da yaxşılaşdırmaq idi. Meydançanın vəziyyəti yaxşı olmasa da, komanda topla daha çox oynamağa çalışırdı.

İnanıram ki, komanda günlər keçdikcə optimal formaya yaxınlaşacaq. Öncə üç futbolçu transfer etmişdik - Səlahət Ağayev, İlkin Qırtımov və Felipe Santos.

Tanıdığımız bu üç oyunçunun adaptasiyasının tez keçəcəyini düşünürəm. Bu gün transfer etdiyimiz Feras Abu Akala gəlincə, o, istədiyim futbolçudur.

Onu uzun müddətdir izləyirdim. Sevinirəm ki, komandamıza qoşulub. Əsas məqsəd nəticə deyil, futbolçuların lazım olan yükləməni qəbul etməsi idi.

Gələcəkdə əsas heyətdə görə biləcəyimiz gənc və perspektivli oyunçularımız var. Ruan Renato və İsnik Alimi ilə maraqlanmaqları normaldır.

Güvəndiyimiz futbolçulardır. “Qəbələ” təkcə Ruanla İsnikdən qurulmayıb. Heyətimizdə onlar kimi faydalı oyunçular çoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var