"Mən bu söhbətlərə qarışmıram, nə qədər pul istədiklərini bilmirəm"

28 Yanvar 2022 15:00 Qəbələ 932
"Mən bu söhbətlərə qarışmıram, nə qədər pul istədiklərini bilmirəm"

“Biz onu bura gətirməkdə maraqlıyıq, sadəcə, klubu pul istəyir“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ“nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Samet Karakoçun “Bayrampaşa”dan “Qəbələ”yə transferində problem yaranıb. Türkiyənin III Liqa klubu müqavilə müddəti yayda bitəcək müdafiəçini təzminatsız buraxmaqdan imtina edib.

Aşağı liqa təmsilçisi bunun üçün qarşı tərəfdən 10 min dollar kompensasiya istəyib.

2021-ci ildə milliləşdirilən türkiyəli ölkəsi əvvəl U-19, daha sonra U-21-ə dəvət alıb. 20 yaşlı mərkəz müdafiəçisi “Fənərbağça”nın yetirməsidir.

E.Baxşıyev hazırkı durumu bu cür xarakterizə edib:

“Açığı, mən bilmirəm Türkiyə klubu bizimkilərdən nə qədər kompensasiya istəyir. Hər halda yüksək məbləğdən söhbət gedir ki, bu transfer hələ həyata keçməyib.

Bu iki klubun rəhbərliyi arasında müzakirə edilən məsələdir, mən pul söhbətlərinə qarışmıram. Biz icarə variantını da gözdən keçiririk.

Samet bu mövsüm “Bayrampaşa”da az şans qazanıb. Bildiyimə görə, o da komandanı dəyişməyə həvəs göstərir”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu