"Alkmaar"la oyunöncəsi komandamızda əhval-ruhiyyənin yüksək olduğunu görürəm" - "Qəbələ"dən

19 Oktyabr 2021 11:40 Qəbələ 505
"Alkmaar"la oyunöncəsi komandamızda əhval-ruhiyyənin yüksək olduğunu görürəm" -

“Qəbələ” U-19 komandası bu gün Gənclər Liqasında növbəti oyununa çıxacaq. Rəqib Niderlandın “Alkmaar” komandasıdır.

Çətin səfər oyunundan əvvəl təmsilçimizin çalışdırıcısı Famil Xəlilov komandadakı son durumla bağlı Sportinfo.az-a danışıb:

"Hər zaman qarşımıza rəqibdən çəkinmədən gözəl futbol oynamağı hədəf qoymuşuq. Komandamız öz oyun dəsti-xəttinə bu gün də sadiq qalacaq. Daha yaxşı hazırlaşmışıq. İnanıram ki, futbolçularım daha gözəl oyun sərgiləyəcək".

Gənc çalışdırıcı evdəki ağır məğlubiyyətə rəğmən sona kimi meydanda mübarizə aparacaqlarını sözlərinə əlavə edib: "Önəmli olan inamdır. Futbolçularımda əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu görürəm. Təbii ki, ilk oyunda ağır məğlubiyyət almışıq. Amma futbolda nə olacağı öncədən bilinməz. İstəyimizə çatmağa çalışacağıq".

Qeyd edək ki, “Qəbələ” U-19 Azərbaycanda keçirilən ilk matçda “Alkmaar”a 0:4 hesabıyla uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular