“Qəbələ”nin hücumçusu üçün Kiyev variantı

24 Sentyabr 2021 14:00 Qəbələ 849
“Qəbələ”nin hücumçusu üçün Kiyev variantı

“Qəbələ” rəsmiləri futbolçularının əməliyyatı üçün “baş sındırır”.

Söhbət “Səbail”lə oyunda zədələnərək meydanı vaxtından əvvəl tərk edən Yaovi Akakpodan gedir.

İki gün əvvəl MRT müayinəsindən keçən 22 yaşlı futbolçunun çarpaz bağlarının qırıldığı aşkarlandı. Bunun çarəsi təcili əməliyyat masasına uzanmaqdır. Masaya uzanmaq üçün yaxşı pul lazımdır.

Türkiyədə və səhiyyəsinin səviyyəsi yüksək olan digər Avropa ölkələrində əməliyyat kifayət qədər baha başa gəlir.

“Qəbələ” isə, büdcəsinə uyğun addım atmaq istəyir. Elə yer fikirləşirlər ki, cərrahın görəcəyi iş üçün qiymət “əl yandırmasın”.

Ona görə də rəsmilər hazırda qiymətləri gözdən keçirirlər. Sona iki variant qalıb. Akakpo ya Bakıda əməliyyat olunacaq, ya da Kiyevə göndəriləcək. Bu iki yoldan birini seçəcəklər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti