"Qəbələ" 200 minlik futbolçusundan elə bir xəbər aldı ki...

2 Sentyabr 2021 14:00 Qəbələ 1 403
"Qəbələ" 200 minlik futbolçusundan elə bir xəbər aldı ki...

"Qəbələ" ciddi itki ilə üzləşib. Rüfət Əhmədov uzun müddət komandaya kömək edə bilməyəcək.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, gənc müdafiəçinin diz bağlarında problem aşkarlanıb.

U-21 yığmasına da dəvət alan 19 yaşlı oyunçunun ən azı 5-6 ay arası futbolsuz qalacağı dəqiqdir.

“Qəbələ”nin 200 min manat satış qiymət qoyduğu Rüfət Azərbaycan Premyer Liqasının ikinci turunda doğma meydanda "Keşlə" ilə qarşılaşmanın 87-ci dəqiqəsində zədələnərək, yerini Emil Səfərova verməli olub.

Əhmədovun dərdi bununla bitmir. O, koronavirusa da yoluxub və 2 həftəlik karantinə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"