"Kiminsə yaxşı təklifi varsa, dəyərləndirə bilər" - "Qəbələ"dən

31 May 2021 22:20 Qəbələ 1 569
"Kiminsə yaxşı təklifi varsa, dəyərləndirə bilər" -

"Transferlərlə bağlı hələ heç nə dəqiqləşməyib. Nə gedənlər var, nə də gələnlər".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Gənc mütəxəssis hər şeyə büdcənin təsdiqlənməsindən sonra aydınlıq gələcəyini bildirib: "Büdcənin üzərində rəhbərlik işləyir. Büdcə təsdiqlənəndən sonra futbolçularla danışıqlara başlayacağıq. Amma heç bir futbolçumuzla danışığa başlamamışıq.

Müqavilələri bitib və hamısı sərbəstdir. Heç kimin qabağını kəsə bilmərik. Əgər kiminsə yaxşı təklifi varsa, dəyərləndirə bilərlər. Yaxşı təklif alan belə yerli və xarici futbolçularımız var. Təkliflər yerli klublardan olub. Yaxın bir həftə ərzində futbolçularla danışıqlara başlamağı düşünürük".

Baxşıyev komandanın toplanış planı haqqında da danışıb: "Toplanışın vaxtını və yerini dəqiqləşdirmişik. İyun ayının son həftəsində komanda hazırlığa başlayacaq. Yəqin ki, təlim-məşq toplanışı Qəbələdə baş tutacaq".

Digər Xəbərlər
Xəbər Lenti