"Qarabağ"ı saymadı: "Qələbənin davamını gətirəcəyik"

1 Dekabr 2020 12:40 Qarabağ 500
"Qarabağ"ı saymadı: "Qələbənin davamını gətirəcəyik"

"Çempionatda Kfar-Saba “Hapoel”ini 3:0 hesabı ilə məğlub etdik.

Artıq Avropa Liqasının "Qarabağ"a qarşı vacib oyunu düşünürük".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Makkabi"nin (Təl-Əviv) futbolçusu Ben Bitton klubun rəsmi saytına müsahibəsində deyib.

“Hapoel”lə matçda ikinci qolu vuran 29 yaşlı müdafiəçi Ağdam təmsilçisi ilə görüşdə qələbənin davamını gətirmək istədiklərini söyləyib.

Dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu