"Qarabağ"ı ondan sonra düşünəcəyik" - "Legiya"nın baş məşqçisi

19 Sentyabr 2020 00:42 Qarabağ 895
"Qarabağ"ı ondan sonra düşünəcəyik" - "Legiya"nın baş məşqçisi

"Legiya"nın baş məşqçisi Aleksandr Vukoviç Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı mütəxəssis hələlik III raundda Kosovo "Drita"sı ilə keçirəcəkləri matçı düşündüklərini bildirib.

Bosniya və Herseqovina əsilli polşalı baş məşqçi Azərbaycan çempionunu yalnız sözügedən qarşılaşmadan sonra analiz edəcəklərini söyləyib:

"Ümid edirəm ki, "Drita" ilə matçdan sonra "Qarabağ"ın necə komanda olduğunu daha ətraflı müzakirə edəcəyik. İki il öncə Çempionlar Liqasının qrup mərhələsində iştirak ediblər.

Həmin vaxt keçirdikləri oyunları yaxşı xatırlayıram. Amma ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində uduzduğumuz "Reyncers" daha güclü idi".

"Qarabağ" pley-off mərhələsində "Legiya” (Polşa) / “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq. Görüş oktyabrın 1-də səfərdə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi