“Qarabağ”dan “Milan”a, “Milan”dan “Qarabağ”a?

4 Avqust 2020 20:20 Qarabağ 1 926
“Qarabağ”dan “Milan”a, “Milan”dan “Qarabağ”a?

Asmir Beqoviç icarə əsasında çıxış etdiyi “Milan”dan ayrılır.

Bosniyalı qolkiper müqavilə ilə məxsus olduğu “Bornmut”a dönəcək.

Bosniyalının 2021-ci ilə qədər İngiltərə təmsilçisi ilə sözləşməsi var. Komanda Premyer Liqanı 18-ci sırada tamamladığı üçün növbət mövsüm Çempionşipdə mübarizə aparacaq.

Yanvarda “Milan”a keçən Beqoviç İtaliya klubunda cəmi 2 oyunda meydana çıxıb. O, ötən mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirib. Vaqner da Silva ilə vidalaşan Azərbaycan çempionu onu yenidən gündəminə qaytarıb.

Qurban Qurbanov tanıdığı qapıçıya üstünlük verir. İbrahim Şehiçin Türkiyədən qayıtmaq ehtimalı az olduğundan, təcrübəli mütəxəssis onun həmyerlisinə ümid bəsləyir.

“Qarabağ” rəhbərliyinin “Bornmut”la münasibətləri yaxşı olduğundan, Asmirin dönüşü indi daha real görünür. Təbii ki, qarşıdakı günlərdə başqa bir real variant ortaya çıxmasa.

Balkanlı ulduzun yenidən Azərbaycanda çıxış etməyə reaksiyası müsbətdir. O, “Qarabağ”ın futbolçularından bir neçəsiylə əlaqə saxlayaraq, bunun mümkünlüyünü bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!